logo

Bolqarıstan NATO ölkələri arasında müdafiə xərclərinə görə liderdir

23:17 17-09-2019 | icon 2387
Bolqarıstan NATO ölkələri arasında müdafiə xərclərinə görə liderdir

Bolqarıstan səkkiz ədəd “F-16 Block 70” qırıcı təyyarələrini 1 milyard 256 milyon dollara almaqla NATO ölkələri arasında müdafiə xərclərinə görə lider dövlətə çevrilib.

YeniAvropa yerli “Dnevnik” nəşrinə istinadla xəbər verir  ki, hazırda ölkənin müdafiə xərcləri ildə ÜDM-nin 2,6 faizini təşkil edir. NATO-nun tövsiyələrinə görə, alyansa üzv ölkələr ildə ən azı ÜDM-nin 2 faizini müdafiə xərclərinə yönəltməlidirlər. Bu xərclərin 20 faizi isə yeni silahlar və cihazların alınmasına sərf olunmalıdır.

NATO-ya üzv ölkələr arasında yalnız ABŞ Bolqarıstanı bu göstəriciyə görə üstəliyir. Beləki ABŞ ÜDM-nin 3,42 faizini bu istiqamətə yönəldib.

Nəşr yazır ki, Bolqarıstan keçən il müdafiə xərclərinə yalnız ÜDM-nin 1,53 faizini yönəldib və silahlanmanın modernizasiyasını etməyib.