logo

Əfqanıstan prezidenti oktyabrda Azərbaycana gələcək

22:20 17-09-2019 | icon 2226
Əfqanıstan prezidenti oktyabrda Azərbaycana gələcək

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni Azərbaycana səfər edəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay sentyabrın 17-də Bakıda  "Fairmount" mehmanxanasında təşkil olunan ölkəsinin müstəqilliyinin 100 illiyinə həsr olunmuş rəsmi qəbulda bildirib.

O, dövlət başçısı və xarici işlər naziri Səlahəddin Rəbbaninin oktyabrın 25-26-da Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya gələcəklərni qeyd edib.

Diplomat sözügedən tədbirin terrorçuluqla mübarizə sahəsində beynəlxalq həmrəyliyi daha da gücləndirəcəyini də vurğulayıb.