logo

Xəzər dənizində zəlzələ olub

21:49 17-09-2019 | icon 2422
Xəzər dənizində zəlzələ olub

Sentyabrın 17-də Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:18-də qeydə alınıb.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.