Bakıda Əfqanıstanın müstəqilliyinin 100 illiyi qeyd edilib
Sentyabrın 17-də Bakıda Əfqanıstanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə qəbul təşkil olunub.
YeniAvropa xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və Əfqanıstanın dövlət himnləri səslənib.
Tədbirdə çıxış edən bu ölkənin Azərbaycandakı səfiri Xeyrullah Spelenayı Əfqanıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb.
Xeyrullah Spelenayı Azərbaycanın hər zaman Əfqanıstanı bütün sahələrdə dəstəklədiyini deyərək, buna görə hökuməti və xalqı adından Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Əfqanıstan-Azərbaycan Birgə İşçi Qrupunun iqtisadi və ticarət əməkdaşlığını təşviq etmək və genişləndirmək üçün ilk iclasının Bakıda keçirildiyini deyən diplomat iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının təşviqi və genişləndirilməsi ilə bağlı protokol imzalandığını da xatırladıb.
Onun sözlərinə görə, bu ilin birinci yarısında ölkələrimiz arasında ticarət 56 milyon dollardan çox olub.
Səfir bildirib ki, Əfqanıstanın Ticarət və Sənaye Nazirliyi Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birlikdə bu il oktyabrın 11-dən 14-dək Bakıda Əfqanıstan məhsullarının sərgisini keçirməyi planlaşdırır.
Bu ilin oktyabr ayında Qoşulmama Hərəkatı Təşkilatının Zirvə toplantısının Bakıda keçiriləcəyini deyən səfir əlavə edib ki, Əfqanıstan Respublikasının Prezidenti və Xarici İşlər naziri bu görüşdə iştirak etmək niyyətindədirlər.
Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxışında əlamətdar gün münasibətilə əfqan xalqını Azərbaycan hökuməti adından təbrik edib. O bildirib ki, iki ölkə arasında əlaqələr tarixi köklərə malikdir, hər iki xalqı tarix və mədəniyyət birləşdirir. Müxtəlif sahələrdə əlaqələrimiz sürətlə inkişaf edir. Azərbaycanda keçirilən “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin inkişafına xüsusi təkan verib.
Ramin Quluzadə qeyd edib ki, Əfqanıstanın Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən faydalanması bu ölkənin inkişafına böyük töhfə verəcək.
Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Əfqanıstanın ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsinin həcmi artıb. Ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, nəqliyyat və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial mövcuddur.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları və səfirlər iştirak ediblər.
ABŞ indiyədək Ukraynaya 113 milyard $ yardım edib
Salyan sakinindən 2,5 kq heroin götürülüb
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunları keçiriləcək
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib