logo

8 ayda ölkədə 1500-dək minik avtomobili istehsal olunub

20:50 17-09-2019 | icon 2709
8 ayda ölkədə 1500-dək minik avtomobili istehsal olunub

Cari ilin yanvar-avqust aylarında 1496 minik avtomobili istehsal olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,6 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 34,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 14,3 faiz azalıb.

Həmçinin hesabat dövrü ərzində 863 traktor istehsal olunub.