logo

İlham Əliyev çilili həmkarını təbrik edib

18:49 17-09-2019 | icon 2254
İlham Əliyev çilili həmkarını təbrik edib

Prezident İlham Əliyev Çili Respublikasının prezidenti Sebastian Pinyera Eçenikeyə təbrik məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Məktubda deyilir: 

"Hörmətli cənab prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".