logo

Prezident mədəniyyət xadimlərinə fəxri adlar verib

17:53 17-09-2019 | icon 2065
Prezident mədəniyyət xadimlərinə fəxri adlar verib

Prezident İlham Əliyev sentyabın 17-də bir qrup mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında 
sərəncamlar imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı birinci sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Allahverdiyev Vasif Kərim oğlu

Fərəcov Sərdar Fərəculla oğlu

“Əməkdar incəsənət xadimi”

Xalıqzadə Fəttah Xalıq oğlu

Rəcəbov Oqtay Məmmədağa oğlu

“Əməkdar artist”

Butenko İqor Leonidoviç

Pyatkin Nikolay Aleksandroviç

“Əməkdar müəllim”

Göyçayskaya Səidə Oqtay qızı

Hüseynova Rüxsarə Hüseyn qızı

Yaqubova Nazilə Mir Teymur qızı.

Digər bir sərəncamla isə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Dadaşova Natalya Konstantinovna

Hüseynova Sevda Əli qızı

Məmmədov Nüsrət Cəfər oğlu

Məmmədova Aliyə Tariyel qızı

Zahid Azad Vasif oğlu.

Növbəti sərəncamla Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Dadaşov Ağa Dadaş Hacı Bala oğlu

Əfəndiyeva İmruz Məmməd Sadıx qızı.

Digər sərəncama əsasən Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Babayev Mobil Rəşid oğlu

Qasımova Ruhəngiz Nağı qızı.