logo

İlham Əliyev Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib

13:14 17-09-2019 | icon 1953
İlham Əliyev Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib

 Prezident İlham Əliyev sentyabrın 17-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Natiya Turnavanı qəbul edib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Görüşdə Natiya Turnava Gürcüstanın baş naziri Georgi Qaxarianın salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi hesabına ticarət dövriyyəsinin genişləndirilməsi, tranzit yükdaşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə edilməsi məsələləri müzakirə edilib, energetika, sərmayə qoyuluşu, elektroenergetika, turizm sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı baş nazir Georgi Qaxarianın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın baş nazirinə çatdırmağı xahiş edib.