logo

Mariya Stadnik Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandı

12:53 17-09-2019 | icon 3087
Mariya Stadnik Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

YeniAvropa xəbər verir  ki, sentyabrın 17-də qadın güləşi yarışlarına start verilib. Çempionatın dördüncü günündə 50, 53, 55 və 72 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparırlar.

Güləşçimiz Mariya Stadnik (50 kq) çempionata qələbə ilə başlayıb.Nigeriya təmsilçisi Miessiney Mersi Genesisi məğlub edən M.Stadnik səkkizdəbir final mərhələsində hindistanlı Seemu Seemudan üstün olub. 1/4 finalda isə o, rusiyalı Yekaterina Poleşçuka qalib gələrək yarımfinala yüksəlib.

Beləliklə güləşçimiz  2020-ci ildə  Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.