logo

ATƏT Azərbaycan-Ermənistan  qoşunlarının təmas xəttində monitorinq keçirəcək

11:13 17-09-2019 | icon 2282
ATƏT Azərbaycan-Ermənistan  qoşunlarının təmas xəttində monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 18-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster  keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.