logo

Türkiyənin vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

21:49 16-09-2019 | icon 2009
Türkiyənin vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyənin vitse-prezidenti Fuat Oktayın Azərbaycana rəsmi səfəri sentyabrın 16-da başa çatıb.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vitse-prezident Fuat Oktayı Azərbaycanın baş nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.