logo

Bu il Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 2,3 milyard dollar olub

19:58 16-09-2019 | icon 2513
Bu il Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 2,3 milyard dollar olub

Cari ilin 7 ayında Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 33 faiz artaraq 2,3 milyard dollar təşkil edib.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 16-da Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda deyib.

Nazir qeyd edib ki, ötən il isə ölkələrimiz arasında ticarət dövriyyəsi 28 faiz artaraq 3,4 milyard dollar olub.

Nazir daha sonra qeyd edib ki, hazırda ölkəmizdə 3 mindən çox Türkiyə kapitallı şirkət fəaliyyət göstərir.

“Türkiyə şirkətləri ölkəmizdə həyata keçirilən 300-dək layihədə podratçı qismində iştirak edirlər. Bu şirkətlər ölkəmizə 12,2 milyard dollar investisiya yatırıb. Azərbaycan isə Türkiyə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyub”, - deyə nazir əlavə edib.