logo

Azərbaycanda əhalinin sayı 10 milyon 28 min nəfərə çatır

18:49 16-09-2019 | icon 2324
Azərbaycanda əhalinin sayı 10 milyon 28 min nəfərə çatır

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 46 min 417 nəfər və ya 0,5 faiz artaraq avqust ayının 1-i vəziyyətinə 10 milyon 27 min 874 nəfərə çatıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Xəbərdə bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sayı 116 nəfər olub.