logo

Paytaxt sakinindən 5 kq-dək marixuana götürülüb

18:13 16-09-2019 | icon 2268
Paytaxt sakinindən 5 kq-dək marixuana götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa -ya bildiriblər ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini P.Cavadovdan 4,7 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.