logo

TRACECA dəhlizi ilə  cari ildə 30 milyon tonadək yük daşınıb

14:14 16-09-2019 | icon 273
TRACECA dəhlizi ilə  cari ildə 30 milyon tonadək yük daşınıb

Yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin(TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29 milyon 952,4 min ton, yük dövriyyəsi isə 6 milyard 237,9 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, yüklərin 19 milyon 643,4 min tonu və ya 65,6 faizi avtomobil nəqliyyatı, 7 milyon 340,8 min tonu və ya 24,5 faizi dəmir yolu nəqliyyatı, 2 milyon 968,2 min tonu və ya 9,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,4 faizini və ya 4 milyon 619,3 min tonunu tranzit yüklər təşkil edib.