logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

13:55 16-09-2019 | icon 280
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 3 ağır yol-nəqliyyat hadisəsi nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 12 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.