logo

Türkiyənin vitse-prezidenti Fuat Oktay Şəhidlər xiyabanını ziyarət edib

10:51 16-09-2019 | icon 294
Türkiyənin vitse-prezidenti Fuat Oktay Şəhidlər xiyabanını ziyarət edib

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 16-da Şəhidlər xiyabanını ziyarət edib.

YeniAvropa xəbər verir  ki, Fuat Oktay Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkiyənin vitse-prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Sonra Türkiyənin vitse-prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.

Vitse-prezident Fuat Oktay xatirə kitabına ürək sözlərini yazıb.