logo

Türkiyənin vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

18:44 15-09-2019 | icon 364
Türkiyənin vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycana rəsmi səfərə gəlib.

 YeniAvropa xəbər verir  ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayı Azərbaycanın başnNazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.