logo

İlham Əliyev meksikalı həmkarını təbrik edib

14:27 14-09-2019 | icon 273
İlham Əliyev meksikalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Meksikanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin prezidenti Andres Manuel Lopes Obradora təbrik məktubu göndərib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Məktubda deyilir: 

"Hörmətli cənab prezident,

Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Meksika xalqına daim sülh və rifah diləyirəm".