logo

Hərbçilərimiz Almaniyada “Saber Junction - 19” təlimində iştirak edirlər

13:35 14-09-2019 | icon 2471
Hərbçilərimiz Almaniyada “Saber Junction - 19” təlimində iştirak edirlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniyan Federativ Respublikasının “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,  hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.

Təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb edilib.