logo

Qorbaçovun “sarayı” satışa çıxarılıb

12:22 14-09-2019 | icon 2933
Qorbaçovun “sarayı” satışa çıxarılıb

Almaniyada keçmiş sovet dövlətinin sabiq prezidenti Mixail Qorbaçovun hamiliyi ilə Gifhorn şəhərində alman dekorator Horst Vrobel tərəfindən inşa olunmuş məşhur Zənglər Sarayının satışa çıxarıldığı elan olunub.

 YeniAvropa xəbər verir ki, Almaniya KİV-ləri həmin obyektə 4,8 milyon avro qiymət qoyulduğunu yazıblar, lakin mülkiyyətçinin bu addımı atmasının səbəbi hələlik açıqlanmayıb.

Qədim rus monastırları üslubunda inşa edilmiş Zənglər Sarayı Qərbi və Şərqi Avropa ölkələrindən rəssam və sənətkarların treninqləri üçün nəzərdə tutulmuşdu.