logo

Qazaxda torpaq uçqunu nəticəsində bir nəfər həlak olub

22:32 13-09-2019 | icon 3766
Qazaxda torpaq uçqunu nəticəsində bir nəfər həlak olub

Fövqəladə Hallar Nazirliyi (FHN) Qazax rayonunda baş verən torpaq uçqunu ilə bağlı məlumat yayıb.

YeniAvropa FHN-in saytına istinadla xəbər verir ki, nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qazax rayonunun Qarapapaq kəndində kanalizasiya xətlərinin çəkilişi zamanı bir nəfər torpaq qatının altında qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunan müvafiq xilasetmə qüvvələri 1982-ci il təvəllüdlü Qocayev Gündüz Məşədi oğlunun meyitini torpaq altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.