logo

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

20:55 13-09-2019 | icon 2716
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - sentyabrın 14-15-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən  YeniAvropa-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində səhər və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Sentyabrın 15-də isə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 22-26°, dağlıq rayonlarda 10-15° isti olacaq.

Lənkəran-Astara bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 20-24°, dağlıq rayonlarda 13-17° isti olacağı proqnozlaşdırılır.

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Sentyabrın 15-də qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın maksimal temperaturunun 22-26° isti olacağı bildirilir.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın 15-də qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturunun 23-28° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Sentyabrın 15-də qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturunun 24-29° isti olacağı ehtimalı var.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 24-27° isti olacağı gözlənilir.