logo

Həsən Ruhani Türkiyəyə səfər edəcək

18:49 13-09-2019 | icon 2835
Həsən Ruhani Türkiyəyə səfər edəcək

Sentyabrın 15-də İran prezidenti Həsən Ruhani Ankaraya səfər edəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə İran prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumatda bildirilib ki, prezident H.Ruhani sentyabrın 15-də Ankarada Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə birlikdə Suriya probleminin həlli yollarını müzakirə edəcək.

İran prezidenti, həmçinin Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ilə də təkbətək görüşlər keçirəcək. Görüşlərdə qlobal və regional təhlükəsizlik məsələləri ilə yanaşı, ikitərəfli əlaqələrin inkişafı perspektivləri də müzakirə ediləcək.