logo

Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı müzakirə edilib

14:48 13-09-2019 | icon 2401
Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı müzakirə edilib

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin yeni Xarici İşlər naziri Vadim Pristayko ilə görüşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını ifadə ediblər. Qeyd olunub ki, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi vacibdir.

Nazir bildirib ki, Azərbaycanla strateji tərəfdaşlıq bundan sonra da inkişaf etdiriləcək.

Görüşün sonunda səfir Azər Xudiyev V.Pristaykoya oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünə rəsmi dəvəti təqdim edib. Nazir rəsmi dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.