Bakı metrosunun şərti adı “B3” olan (paytaxtın Ceyhun Səlimov küçəsində, Hərbi hospitalın yanı) stansiyasında tamamlama işləri görülür.
YeniAvropa xəbər verir kii, bu barədə "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O bildirib ki, stansiyanın açılacağı tarix tam məlum deyil :" İstər geoloji, istərsə də təbii səbəblərdən tikintidə yubanmalar olur. Hazırda stansiyanın üst hissəsində yol hərəkəti zolaqlarında da tamamlanma işləri aparılır".