logo

NATO PA-nın sədri Gürcüstana gəlir

13:11 12-09-2019 | icon 427
NATO PA-nın sədri Gürcüstana gəlir

Sentyabrın 12-də NATO Parlament Assambleyasının sədri xanım Madlen Mun Gürcüstana səfərə gələcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, səfər çərçivəsində Madlen Mun və onu müşayiət edən şəxslər Gürcüstan Prezidenti, parlamentinin sədri və Müdafiə Naziri ilə görüşəcək. Eyni zamanda, parlamentdəki müxalifət partiyalarının nümayəndələri ilə görüş nəzərdə tutulub.

Görüşlərdə Gürcüstanda demokratik təsisatların vəziyyəti, parlament demokratiyası, proporsoinal seçki sisteminin bərpası, regiondakı vəziyyət, təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq. NATO PA–nın sədri Gürcüstanın Tsixinvali və Abxaziya bölgələri ilə sərhəddəki Didi Xurvaleti kəndində də olacaq.