logo

Ukrayna Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır

12:30 12-09-2019 | icon 420
Ukrayna Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır

Ukrayna Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində sentyabrın 8-də “yerli özünüidarəetmə orqanları”na keçirilən “seçkilər”i tanımır və qanunsuz hesab edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə  Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamasında bildirib.

“Qondarma “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”, - deyə məlumatda qeyd edilir.

Məlumatda deyilir: “Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq aləmin tanıdığı sərhədlər çərçivəsində həllini tapmalıdır”.