logo

Azərbaycanda 700-dək Rusiya şirkəti fəaliyyət göstərir

12:09 12-09-2019 | icon 238
Azərbaycanda 700-dək Rusiya şirkəti fəaliyyət göstərir

Hazırda Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir.

 YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Rusiya (Sverdlovsk vilayəti) biznes forumunda çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, ötən il Azərbaycan ilə Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi 83 faiz artıb. İndiyədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar, Azərbaycan isə bu ölkəyə 1,2 milyard dollar investisiya yatırıb.