logo

Həsən Ruhani:" ABŞ ilə danışıqlar aparmaq mənasızdır"

11:15 12-09-2019 | icon 483
Həsən Ruhani:" ABŞ ilə danışıqlar aparmaq mənasızdır"

İqtisadi sanksiyaların hökm sürdüyü bir şəraitdə ABŞ ilə danışıqlar aparmaq mənasızdır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri İran prezidenti Həsən Ruhani fransalı həmkarı Emmanuel Makron ilə telefon söhbətində deyib. O bildirib ki, ABŞ nüvə sazişini pozub, sazişdən birtərəfli qaydada çıxıb və öhdəlikləri yerinə yetirməyib. Həsən Ruhani Avropanın da saziş üzrə öhdəlikləri yerinə yetirmədiyini vurğulayıb.

Söhbət zamanı İran prezidenti qeyd edib ki, əgər Avropa öz öhdəliklərini yerinə yetirsə, İran saziş üzrə nüvə proqramını məhdudlaşdıra bilər.

Xatırladaq ki, sentyabrın 9-da prezident Donald Tramp İran Prezidenti ilə görüşmək istədiyini bildirib.

Prezidentlərin görüşü sentyabrın 17-də Nyu-Yorkda başlayacaq BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tuta bilər. Belə ki, Donald Tramp və Həsən Ruhani bu tədbirdə iştirak edəcəklərini  bəyan ediblər.