Sentyabrın 14-dən Bakı metrosunda yeni qrafik tətbiq ediləcək
Yeni tədris ilinin başlanması, həmçinin fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar Bakı Metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.Qeyd edilib ki, bu dövrdə metro istifadəçilərinin sayı artır, sərnişin axını intensivləşir. Bunu nəzərə alaraq, metropolitendə hərəkət qrafiki mövsümün tələblərinə uyğun tərtib olunur və bir sıra müvafiq digər tədbirlər də görülür. Qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılacaq, onların hərəkəti sıxlaşdırılacaq və nəticədə interval azaldılacaq.
Sentyabrın 14-dən tətbiq ediləcək qrafiklə iş günlərinin gur saatlarında “Həzi Aslanov-28 May” istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyən olunub. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq. Bakı Metropolitenində gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-dək davam edir.
Bakı Metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə, xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” və “İçərişəhər” istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.
Sərnişinlər günün müəyyən vaxtlarında “Həzi Aslanov-Ulduz” sahəsində bəzən 2 qatarın ardıcıl “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkətini, həmçinin daha böyük interval müşahidə edirlər. Bunun səbəbi qatarların “Nərimanov” elektrik deposundan xəttə verilməsi və ya xətdən çıxarılması ilə əlaqədardır. Bu hallarda “Ulduz-Həzi Aslanov” sahəsində bəzi hallarda interval daha çox ola bilər. Eyni qayda ilə, “Həzi Aslanov-Ulduz” sahəsində günün qrafiklə müəyyən edilmiş vaxtlarında 2 qatarın ardıcıl olaraq “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edilməsi mümkündür.
Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı Metropolitenində fərqli hərəkət qrafiki tətbiq edilir.
Yeni qrafik 2020-ci ilin yay aylarınadək qüvvədə olacaq.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir