logo

Aşqabadda Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək

15:51 11-09-2019 | icon 3136
Aşqabadda Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Sentyabrın 13-də Aşqabadda Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyasının 5-ci iclası  keçiriləcək.

YeniAvropa xəbər verir  ki, iclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətləri müzakirə olunacaq.

Qeyd edək ki, hazırda Aşqabad və Bakı iqtisadi tərəfdaşlığın əsas diqqəti nəqliyyat və tranzit sahəsinə yönəldilib. Türkmənistan və Azərbaycanın limanları vasitəsilə müntəzəm birbaşa beynəlxalq dəmir yolu - bərə əlaqəsinin təşkil edilməsi sahəsində əməkdaşlıq yüksək dərəcədədir.

Xatırladaq ki, komissiyanın indiyədək 4 iclası keçirilib. Sonuncu iclas 2014-cü il oktyabrın 2-də Bakıda təşkil edilib.