logo

AŞ PA-nın prezidenti Şəhidlər xiyabanını ziyarət edib

14:15 11-09-2019 | icon 665
AŞ PA-nın prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Lilian Mori Paske sentyabrın 11-də Şəhidlər xiyabanına gedərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb.

YeniAvropa xəbər verir  ki, sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.