logo

Tramp köməkçisi Boltonu istefaya göndərib

21:48 10-09-2019 | icon 2758
Tramp köməkçisi Boltonu istefaya göndərib

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonu istefaya göndərib.

 YeniAvropa xəbər verir ki, bu barədə məlumat Amerika liderinin "Twitter" səhifəsində yerləşdirilib.

“Mən dünən axşam Con Boltonu xəbərdar etdim ki, bundan sonra Ağ evdə onun xidmətinə ehtiyac duyulmur. Mən administrasiyada bir çoxları kimi, onun da bir çox təklifləri ilə qətiyyən razı deyiləm. Bu səbəbdən də mən Cona dedim ki, istefa versin və bu gün səhər o, bunu etdi”, - deyə Tramp özünün "Twitter" səhifəsində  yazıb.