Donald Tramp Həsən Ruhani ilə görüşmək niyyətindədir
Prezident Donald Tramp Nyu-Yorkda İran prezidenti Həsən Ruhani ilə görüşmək niyyətindədir.
YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo "ABC News" televiziya kanalına müsahibəsində deyib.
Görüşün sentyabrın 21-dən 26-dək Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 74-cü sessiyası çırçivəsində baş tutacağı istisna edilmir. Belə ki, İran prezidenti sessiyada iştirak etmək üçün ABŞ-a səfər edəcək.
İran mətbuatının yazdığına görə, prezident H.Ruhani hələlik bu təklifə qəti cavab verməyib. Nyu-Yorkda görüşün baş tutub tutmayacağını isə zaman göstərəcək.
Qeyd edək ki, ABŞ-ın "ABC News"," Fox News" və digər media orqanlarında gedən şərhlərin təhlili onu deməyə əsas verir ki, İranın nüvə proqramını bərpa etməsi Vaşinqtonda narahatlıq yaradıb. Atom Enerji üzrə Beynəlxalq Agentliyin (BAEA) rəhbəri Kornelli Frutsenin İrana səfərindən sonra rəsmi Tehranın nüvə proqramını bərpa etdiyini bəyan etməsi və bunun ardınca M.Pompeonun ABŞ prezidentinin H.Ruhani ilə görüşmək niyyətində olduğunu bildirməsi rəsmi Vaşinqtonun narahatlığını təsdiq edən faktlardan biridir. Lakin ABŞ görüşün qeyri-şərtsiz keçirilməsini istəsə də, İran görüşün yalnız sanksiyaların aradan qalxmasından sonra mümkünlüyünü bildirir. Belə qeyri-müəyyən vəziyyət tərəfləri qane etmir. Odur ki, prezidentlərin görüşü məsələsi tez-tez gündəliyə çıxarılır ki, kompromislər əldə olunsun. Vaşinqton sanksiyaları artırmaqla İranın təslim olacağını düşünürdü. İndi isə məlum oldu ki, İran nəinki təslim olmadı əksinə nüvə proqramını bərpa edib uranı zənginləşdirməyə başlayıb. Parodoksal vəziyyət ondadır ki, uranın zəngiləşdirilməsinin qarşısını almağa və bunula İrana nüvə silahı yaratmaq imkanı verməməyə çalışan ABŞ sanksiyalar siyasəti ilə prosesi sürətləndirdi. Bu gün İran iqtisadiyyatının sanksiyalardan kənarda qalan sahəsi yoxdur. Bank sektorundan kənd təsərrüfatına, dənizçilikdən aviasiya səhələrinə qədər bütün sahələr beynəlxalq aləmdən tədric olunub. Nəticə isə göz qabağındadır.
Beləliklə, ABŞ sanksiyalar siyasətinin o qədər də uğurlu olmadığını görüb danışıqlar təklif etməyə başlayıb. İranın özündə də danışıqlara başlamaq istəyən qüvvələr və danışıqların əleyhinə olanlar var. Bir tərəf qeyd edir ki, ABŞ onsuzda əldə edilən razılaşmalara əməl etmir. Odur ki, danışıqlar mənasızdır. Digər tərəf isə ölkədəki iqtisadi vəziyyətin ağırlığını nəzərə alıb danışıqlara yenidən başlamağın zəruriliyini qeyd edir. Bu ziddəyətdə maraqlı olan odur ki, hər iki tərəf də haqlıdır.
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Azərbaycanın səfiri etimadnamələrini Qambiya prezidentinə təqdim edib
Senat ABŞ-ın Ukraynaya 61 milyard $-lıq hərbi yardımını təsdiqləyib
Rusiya müdafiə nazirinin müavini 1 milyonluq rüşvətə görə həbs edilib
Ermənistanın öz sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur-Paşinyan
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb