logo

Türkmənistan-Azərbaycan  Hökumətlərarası Komissiyanın tərkibi yenilənib

12:54 10-09-2019 | icon 2527
Türkmənistan-Azərbaycan  Hökumətlərarası Komissiyanın tərkibi yenilənib

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmənistan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Türkmənistan tərəfindən tərkibi təsdiqlənib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, müvafiq sərəncam Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi ilə imzalanıb.

Xatırladaq ki, 2008-ci il noyabrın 28-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası haqqında” Saziş imzalanıb və bu sənəd 2009-cu il martın 4-də qüvvəyə minib.

Komissiyanın indiyədək 4 iclası keçirilib. Sonuncu iclas 2014-cü il oktyabrın 2-də Bakıda təşkil olunub.