logo

Suraxanı və Xətai rayonlarına qaz verilişi bu axşam dayandırılacaq

21:29 09-09-2019 | icon 2702
Suraxanı və Xətai rayonlarına qaz verilişi bu axşam dayandırılacaq

Zığ şosesində, “Zığ” marketin yaxınlığında diametri 530 millimetr olan yüksək təzyiqli yeraltı qaz kəmərində qaz sızması aşkarlanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Qeyd edilib ki, bu sızmanın ləğvi məqsədilə saat 23:00-dan Suraxanı rayonunun Zığ kəndi və Xətai rayonunun Naximov, İnqilab İsmayılov, Mehmandarov və digər bir neçə küçəsində qaz təchizatı dayandırılacaq.

Məlumatda qeyd edilib ki,  qazın verilişinin bərpası sentyabrın 10-da 11:00 radələrinə planlaşdırılır.