logo

Gürcüstan Dağlıq Qarabağdakı qondarma “seçkiləri”  tanımır

19:27 09-09-2019 | icon 2296
Gürcüstan Dağlıq Qarabağdakı qondarma “seçkiləri”  tanımır

Gürcüstan Xarici İşlər Nazirliyi işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma “yerli özünüidarəetmə orqanlarına” keçirilən “seçkilər” ilə bağlı bəyanat yayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bununla bağlı Gürcüstan Xarici İşlər Nazirliyinin saytında rəsmi məlumat yerləşdirilib.

Bəyanatda deyilir ki, Gürcüstan Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyır. Eyni zamanda, Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda 2019-cu il sentyabrın 8-də keçirilən “yerli özünü idarəetmə orqanlarına seçkiləri” və onun nəticələrini tanımır.

Gürcüstan XİN münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq ictimaiyyətin iştirakı ilə həllinə tərəfdardır.