Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 23-də ABŞ-a səfər edəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Vadim Pristayko moldovalı həmkarı Niku Papesku ilə birgə keçirdiyi brifinqdə məlumat verib. Nazirin sözlərinə görə, səfər çərçivəsində V.Zelenski ABŞ prezidenti Donald Tramp və bir sıra rəsmilərlə görüşlər keçirəcək. Görüşlərdə regiondakı vəziyyət, enerji təhlükəsizliyi, Rusiya ilə münasibətlər və digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, V.Zelenski prezidentliyi dövründə Almaniya, Fransa və Polşaya rəsmi səfər edib.