logo

 “Avro 2020”: Azərbaycan Xorvatiya millisinə qarşı 

11:49 09-09-2019 | icon 3297
 “Avro 2020”: Azərbaycan Xorvatiya millisinə qarşı 

Sentyabrın 9-da “Avro 2020”nin seçmə mərhələsinin altıncı turu çərçivəsində on görüş keçiriləcək.

YeniAvropa xəbər verir  ki, E qrupunda yer alan Azərbaycan millisi beşinci oyununda Xorvatiya yığmasını qəbul edəcək.Digər oyunda isə Macarıstan və Slovakiya milliləri üz-üzə gələcəklər. Bu qrupdakı bütün komandalar dörd oyun keçiriblər. Hər ikisinin 9 xalı olan Macarıstan və Xorvatiya yığmaları ilk iki pillədə qərarlaşıblar. Uels və Slovakiyanın 6 xalı var. Azərbaycan millisi keçirdiyi bütün görüşlərində uduzub.

C qrupunda Şimali İrlandiya – Almaniya, Estoniya – Hollandiya görüşləri keçiriləcək. Qrupa 12 xalla (4 oyun) Şimali İrlandiya yığması başçılıq edir. Dörd oyundan 9 xal toplayan Almaniya ikinci, üç matçda 6 xal yığan Hollandiya isə üçüncü pillədə qərarlaşıb. Belarus yığması 3 (5 oyun) xalla dördüncü, aktivində xal olmayan (4 matç) Estoniya seçməsi isə sonuncu pillədə yer alıb.

Gün ərzində G qrupunda üç görüş - Sloveniya – İsrail, Polşa – Avstriya və Latviya - Şimali Makedoniya qarşılaşmaları oynanılacaq. Bütün komandaların beş oyun keçirdikləri qrupa 12 xalla Polşa seçməsi başçılıq edir. Sonrakı pillələrdə müvafiq olaraq Avstriya (9), Sloveniya (8), İsrail (8), Şimali Makedoniya (5) və Latviya (0) milliləri yer alıblar.

I qrupunda da üç görüş oynanılacaq. Gün ərzində Şotlandiya – Belçika, San-Marino – Kipr və Rusiya – Qazaxıstan qarşılaşmaları keçiriləcək. Bu qrupa bütün görüşləri qələbə ilə başa vuran Belçika seçməsi başçılıq edir - 15 xal. Rusiya seçməsi 12 xalla ikinci, Qazaxıstan yığması isə 7 xalla üçüncüdür. Şotlandiya millisinin 6, Kipr seçməsinin 4 xalı var. San-Marino isə bütün görüşləri məğlubiyyətlə başa vurub.