logo

Səudiyyə Ərəbistanı kralı oğlunu enerji naziri təyin edib

14:36 08-09-2019 | icon 2947
Səudiyyə Ərəbistanı kralı oğlunu enerji naziri təyin edib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz oğlu Məhəmməd bin Salmanı ölkənin energetika naziri təyin edib.

YeniAvropa xarici KİV-ə istinadən bildirir ki, şahzadə yeni vəzifəsində Xalid bin Abdel Əziz əl-Falehi əvəz edib.

Məlumatda bildirilir ki, Məhəmməd bin Salman uzun müddət Səudiyyə Ərəbistanının OPEC-dəki nümayəndə heyətinin üzvü olub, neft sənayesində kifayət qədər təcrübəyə sahibdir.