logo

Aşqabadda MDB İqtisadi Şurasının iclası keçiriləcək

17:34 07-09-2019 | icon 273
Aşqabadda MDB İqtisadi Şurasının iclası keçiriləcək

Türkmənistanın Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrliyi çərçivəsində sentyabrın 13-də Aşqabadda MDB İqtisadi Şurasının 83-cü iclası keçiriləcək.

 YeniAvropa xəbər verir  ki, iclasda MDB məkanında iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzusu olacaq.

MDB-yə üzv ölkələrin Strateji İqtisadi Əməkdaşlıq haqqında Bəyannamə layihəsinin təsdiqlənməsi də nəzərdə tutulur.

Üzv ölkələrin mütəxəssislərin iştirak edəcəyi görüşdə “Rəqəmsal sistemə keçidin əsas istiqamətləri” adlı təqdimat keçiriləcək.