logo

Neftçalada avtoqəzada 3 nəfər ölüb

16:28 07-09-2019 | icon 2527
Neftçalada avtoqəzada 3 nəfər ölüb

Neftçalada ağır yol qəzası baş verib.

 YeniAvropa xəbər verir  ki, hadisə bu gün günorta saatlarında Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qeydə alınıb.

“Mercedes” və “Lexus” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.