logo

Elmar Məmmədyarov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb

20:59 06-09-2019 | icon 2492
Elmar Məmmədyarov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan ilə görüşüb.

YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə Forumun qarşıdan gələn tədbirləri haqqında məlumat verən Taha Ayhan təmsil etdiyi təşkilatın Azərbaycanla mövcud olan sıx əlaqə və təmaslarının bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov İƏT Gənclər Forumunun fəaliyyətindən məmnunluğunu qeyd edərək təşkilatın gələcək işində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə İƏT Gənclər Forumu arasında əməkdaşlığın genişləndirilməsi yolları, eləcə də Forumun beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri müzakirə olunub.