Ədliyyə Nazirliyində AŞ PA-nın komitə sədri ilə görüş olub
Ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin sədri, İslandiya Parlamentinin üzvü xanım Thorhildur Sunna Evarsdottirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, görüşdə insan hüquqlarının hərtərəfli təmin olunması, hakimlərin müstəqilliyi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası, vəkillik təsisatının islahatı və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının etibarlı qorunması və məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi üzrə həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edən nazir müavini bu sahədə islahatların dərinləşdirilməsinə dair dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini vurğulayıb. Həmçinin Məhkəmə-Hüquq Şurasının müstəqil özünüidarə fəaliyyəti, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi, o cümlədən Avropa Konvensiyasının presedentlərinin öyrənilməsi və Avropa Məhkəməsinə tədris səfərlərinin təşkili barədə məlumat verib, cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən genişmiqyaslı işlərdən danışıb.
Qonağın diqqəti xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə cəlb olunaraq torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın hüquqlarının pozulduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, Ermənistan rəhbərliyinin reallıqdan tamamilə uzaq populist bəyanatları münaqişənin həlli üzrə illərdir ki, aparılan sülh danışıqları prosesinə böyük zərbədir.
Xanım Thorhildur Sunna Evarsdottir Azərbaycana növbəti səfərindən məmnunluğunu, müzakirə olunan məsələlərlə bağlı ətraflı məlumata görə minnətdarlığını ifadə edib.
Tədbirdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş iştirak edib.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb