logo

Azərbaycanda İsveçrə kapitallı 60 şirkət fəaliyyət göstərir

18:25 06-09-2019 | icon 2835
Azərbaycanda İsveçrə kapitallı 60 şirkət fəaliyyət göstərir

Azərbaycanda tikinti, ticarət, nəqliyyat, xidmət, kənd təsərrüfatı və sair sahələrdə 60 İsveçrə kapitallı şirkət fəaliyyət göstərir.

YeniAvropa xəbər verir  ki, bu haqda  iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

Nazir qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda İsveçrənin əsas ticarət tərəfdaşıdır. 2019-cu ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib.

Nazir ölkələrimiz arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi əməkdaşlıq, ikiqat vergitutma və digər sahələrdə 25-ə yaxın sənəd imzalandığını söyləyib.