logo

Cəlilabadda zəlzələ oldu

15:04 06-09-2019 | icon 2548
Cəlilabadda zəlzələ oldu

Sentyabrın 6-da Cəlilabad seysmoloji stansiyasından 14 kilometr cənubda - Cəlilabad rayonunda maqnitudası 3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:41:04-də qeydə alınıb.

Ocağı 24 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.