logo

Vahid Ələkbərov Qazaxıstan prezidenti ilə görüşə getdi

18:33 05-09-2019 | icon 2884
Vahid Ələkbərov Qazaxıstan prezidenti ilə görüşə getdi

Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev Rusiyanın “LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşdə neft-qaz sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin Qazaxıstanda həyata keçirdiyi layihələr barədə ölkə başçısına ətraflı məlumat verib. 

Kasım-Jomart Tokayev “LUKoyl” şirkətinin Qazaxıstanın enerji sektorunun inkişafındakı töhfəsini yüksək qiymətləndirərək strateji investisiya tərəfdaşı olduğunu bildirib.