logo

“Buta Airways” Səudiyyə Ərəbistanının iki şəhərinə yeni reys açır

12:15 05-09-2019 | icon 2884
“Buta Airways” Səudiyyə Ərəbistanının iki şəhərinə yeni reys açır

Azərbaycanın “Buta Airways” aviaşirkəti Yaxın Şərqə yeni istiqamətlər açmaqla marşrut şəbəkəsini genişləndirir.

Aviaşirkətin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, sentyabrın 18-dən Səudiyyə Ərəbistanının paytaxtı - Ər-Riyada (çərşənbə və şənbə günləri), oktyabrın 28-dən etibarən isə ölkənin daha bir böyük şəhəri – Dammama (bazar ertəsi və cümə günləri) reyslər həyata keçiriləcək. Yeni istiqamətlərin açılması Körfəz ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək. Gələcəkdə “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır.

Qeyd edək ki, aviabiletləri aviaşirkətin rəsmi internet saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.