logo

Kiyevdə Azərbaycan-Ukrayna Gənclərinin Birinci Forumu keçiriləcək

21:20 04-09-2019 | icon 448
Kiyevdə Azərbaycan-Ukrayna Gənclərinin Birinci Forumu keçiriləcək

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) oktyabr ayında Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan-Ukrayna Gənclərinin Birinci Forumunu keçirəcək.

Fonddan  YeniAvropa-ya bildiriblər ki, layihənin əsas məqsədi yerli QHT-lərdə və mediada çalışan gənclərlə Ukraynadakı gənclər arasında əlaqələndirməni, onların beynəlxalq aləmə inteqrasiyasını təmin etmək, Azərbaycan həqiqətlərini Ukraynada yaymaq, ölkəmizin turizm potensialını dünyaya nümayiş etdirməkdən ibarətdir. Azərbaycandan olan bəzi QHT və media rəhbərləri layihə çərçivəsində Ukraynada öz həmkarları ilə görüşəcək, panel müzakirələr reallaşdıracaqlar.

Layihədə tərəfdaş qismində iştirak etmək üçün Azərbaycanın Ukraynadakı səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə və Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarına müraciət edilməsi nəzərdə tutulub.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov bildirib ki, layihə Azərbaycan-Slavyan Gənclərinin Birinci Forumunun məntiqi nəticəsidir. O qeyd edib ki, gələcəkdə eyni formatlı Forumları digər Slavyan ölkələrində də reallaşdırmaq niyyətindəyik.